Azərbaycanda əhalinin banklardakı əmanəti 7 milyard manatdan çoxdur

2017-ci il oktyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 22,2 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əmanətlərin 71,8 faizi xarici, 28,2 faizi isə milli valyutada qoyulub.

Əmanətlərin 5 milyard 598 milyon manatı və ya 79,7 faizi özəl banklarda, 1 milyard 424,2 milyon manatı (20,3 faizi) isə dövlət banklarında yerləşdirilib.

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 39 faiz artıb, xarici valyutada əmanətlər isə 21,1 faiz azalıb.

Qeyd edək ki, 2017-ci il sentyabrın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyard 895,5 milyon manat təşkil edib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında