Azərbaycanda iqtisadiyyata kredit qoyuluşu 9 faiz artmışdır

Cari il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 9 milyard 163,4 milyon manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artmışdır. Kredit qoyuluşlarının 492,9 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşmüşdür.
Mərkəzi Bankın mətbuat xidmətindən bildirmişlər ki, kreditlərin 2 milyard 567,1 milyon manatı qısamüddətli, 6 milyard 596,3 milyon manatı isə uzunmüddətlidir. Dövlət bankı tərəfindən iqtisadiyyata 3 milyard 901,9 milyon manat, özəl banklar tərəfindən 5 milyard 69,9 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 191,6 milyon manat kredit qoyulmuşdur.
Kreditlərin 64 faizi manatla, 36 faizi xarici valyuta ilə verilmişdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında