Dövlət Statistika Komitəsi: pambıq qəbulu məntəqələrinə 172 min tondan çox məhsul təhvil verilib

10.11.2017-ci il tarixə pambıq tədarükünə dair operativ məlumat

Noyabrın 10-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 172 min 245 tondan çox məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu məhsulun 1608 tonu ötən iki gündə tədarük olunub.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.

Bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib.

Pambıq tədarükündə Saatlı (23507 ton), Biləsuvar (21118,95 ton), Bərdə (17976,64 ton), Ağcabədi (16391,93 ton) və Sabirabad (15521,76 ton) rayonları irəlidədir.

AZƏRTAC respublikada pambıq tədarükünə dair noyabrın 10-na olan operativ məlumatı təqdim edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında