Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 40 milyon tona yaxın yük daşınmışdır

2017-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38911,8 min ton, yük dövriyyəsi isə 8343,7 milyon ton-km olmuşdur.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, yüklərin 24 milyon 13 min tonu və ya 61,7 faizi avtomobil nəqliyyatı, 9 milyon 589,8 min tonu və ya 24,7 faizi dəmir yolu nəqliyyatı, 5 milyon 309 min tonu və ya 13,6 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,7 faiz artım müşahidə edilmişdir.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,0 faizini və ya 7 milyon 386,3 min tonunu tranzit yüklər təşkil etmişdir.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında