Ölkəmizin 2 milyard ton neft hasil etməsi münasibəti ilə “Azəriqaz” İB-də tədbir keçirilmişdir

Tədbiri giriş sözü ilə açan İB-nin baş direktorunun ümumi məsələlər üzrə müavini Şəfiq Nemətov birliyin baş direktoru Əkbər Hacıyevin adından bütün kollektivi əlamətdar gün münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, 1949-cu ildə açıq dənizdə Neft daşlarında neftin fontan vurması dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur.  Azərbaycan dünyada açıq dənizdə neft çıxarmağa başlayan ilk ölkədir.

Ş.Nemətov qeyd etdi ki, Azərbaycanın adı dünya neft sənayesi tarixində, beynəlxalq ictimai dairələrdə 1994-cü ildə nüfuzlu xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra daha geniş əks-səda doğurmuşdur. Azərbaycanın müasir yüksəliş dövrü də elə həmin vaxt - xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının uğurları ilə başlamışdır. Qəhrəman neftçilərimizin əməyi nəticəsində indiyədək hasil edilən neftin həcmi 2 milyard tona çatdırılmışdır. Ş.Nemətov qeyd etmişdir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələrin gerçəkləşməsi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.

Birliyin texniki istismar şöbəsinin mühəndisi Qulam Camalov tədbirdə çıxış edərək qeyd edib ki, Azərbaycanda neftin hasilatı orta əsrlərdən başlayıb.  1846-cı ildə isə Bibiheybətdə sənaye üsulu ilə 21 metr dərinlikdə kəşfiyyat quyusu qazılmış və müsbət nəticə alınmışdır. Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlamış və dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır. 

XX əsrdə neft sahəsində əldə edilən uğurlardan danışan Q.Camalov tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, 1971-ci il martın 28-də Azərbaycanda bir milyardıncı ton neft çıxarılmışdır. 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanandan sonra keçən müddət ərzində Azərbaycan bu müqavilədən geniş bəhrələndi. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici tam olaraq formalaşdı və Azərbaycan zəngin məmləkətlərdən birinə çevrildi. Bütün sahələr üzrə sürətli inkişaf tempi indi də saxlanılır.

Tədbirdə baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov, satış və istismar üzrə müavini Ruslan Əliyev, əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov çıxış edərək neft və qaz sənayesi işçilərini təbrik etdilər.

Əlamətdar gün münasibəti ilə əmək fəaliyyətində fərqlənən 28 nəfər mühəndis və texniki işçiyə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edildi.

“Azəriqaz” 
İB-nin ictimaiyyətlə əlaqələr şöbəsi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında