Bu il Bakıda əsas kapitala 8,6 milyard manat vəsait yönəldilib

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 572,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çox vəsait yönəldilib.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, ümumi sərmayənin 17,4 faizi dövlət, 82,6 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşür.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 68,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. 2017-ci ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 70,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,6 faizini əsaslı təmir, 3,7 faizini cari təmir, 19,8 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında