Bakıda Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının üçüncü iclası keçirilmişdir

Fevralın 2-də Bakıda Azərbaycan Respublikası ilə Yunanıstan Respublikası arasında iqtisadi, sənaye və texnoloji sahədə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının üçüncü iclası keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə çələng və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə qərənfillər düzmüşlər.
Tədbirdə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının həmsədri, sənaye və energetika naziri Natiq Əliyev bildirmişdir ki, əsası 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş birgə əməkdaşlıq komissiyası ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynamışdır. Birgə komissiyanın 2007-ci ildə Afinada keçirilmiş 2-ci iclasından sonra ölkələrimiz arasında istər siyasi, istərsə də iqtisadi sahələrdə əməkdaşlıq çox yüksək səviyyəyə qalxmışdır. Son zamanlar Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsinin 160 milyon dollar artdığını vurğulayan N.Əliyev bu məbləğin 140 milyon dollardan artığının ölkəmizdən ixracın payına düşdüyünü bildirmişdir.
Birgə komissiyanın Yunanıstan tərəfdən həmsədri, xarici işlər nazirinin müavini Spiros Kuvelis ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu söyləmişdir. O, ölkəsinin enerji, səhiyyə, kənd təsərrüfatı, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan təbii qazının Avropaya nəqli ilə bağlı Türkiyə-Yunanıstan-İtaliya (İTGİ) və Yunanıstan-Bolqarıstan qaz kəmərlərinin tikintisi çox mühüm əhəmiyyət kəsb edir. Bu kəmərlərin inşası Türkiyənin coğrafi davamı olan Yunanıstana etibarlı dəhliz rolu oynamağa imkan verəcəkdir. İkitərəfli ticarət dövriyyəsinin artırılması üçün də xeyli imkanların mövcudluğu diqqətə çatdırılmışdır.
Sonda iki ölkə arasında iqtisadi, sənaye və texnoloji sahədə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının protokolu imzalanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında