Torpaqların münbitləşdirilməsi məhsul artımında həlledici rol oynayır

Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələrin yerinə yetirilməsi kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaradıb. Son illər əkin sahələrinin genişləndirilməsi və xarici bazarlarda daha çox alıcı cəlb edən kənd təsərrüfatı məhsulları istehsalının artırılması yeni iş yerlərinin açılmasına da əlverişli şərait yaradıb.

Azərbaycana daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalının artırılması biz fermerləri də hərəkətə gətirib. Xüsusilə, pambıqçılıqla məşğul olan fermerlərin işi daha da artıb. Məhz bunun nəticəsidir ki, Saatlı rayonu ötən il respublikada ən çox pambıq tədarük etdi. Bu il əkin sahələri ötən illə müqayisədə 2,1 dəfə artırılıb. Məhsul toplanışı isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur. Bütün bunlarda torpaqların münbitləşdirilməsinin də rolu var.

 Əvvəllər rayonda bir pambıq zavodu var idi. O da məhsul az olduğundan tam gücü ilə işləyə bilmirdi. Bu il isə dörd pambıq emalı zavodu artıq ikinövbəli iş sisteminə keçib. Bu da çoxlu sayda iş yerinin yaradılması deməkdir.

Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və əkinə yararlı sahələrin genişləndirilməsi üçün şoran torpaqların yuyulması və münbitləşdirilməsi əsas şərtlərdən biridir. Bundan ötrü ilk növbədə kollektor və drenajlar təmizlənməli, qrunt sular axıdılmalıdır. Hazırda bu sahədə diqqət mərkəzindədir. Kənd Təsərrüfatı Nazirliyi yanında  Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Kənd İnvestisiya Layihəsinin (Az.KİL) Saatlı rayonunun kəndlərində bu məqsədlə həyata keçirdiyi proqram fermer və sahibkarlara böyük dəstəkdir. Dünya Bankının vəsaiti hesabına son vaxtlar təkcə rayonun Genişkənd kəndi ərazisində artıq 14 kilometr 700 metr kollektor və drenajların təmizlənməsi qonşu Məmmədabad, Əhmədbəyli və digər kəndlərin də əkin sahələrinin münbitləşməsində böyük rol oynayacaq. Kənd İnvestisiya Layihəsinin keyfiyyətlə həyata keçirdiyi işlər fermerlərin ürəyincədir. Bu, növbəti illərdə daha çox pambıq və taxıl yetişdirilməsinə əlverişli imkan yaradacaq.

Kəndarası yolların təmiri də qarşıya qoyulan vəzifələrdəndir. Artıq bir neçə kənddə bu xeyirxah missiyaya başlanılıb.

Sabir BƏDƏLOV,
Saatlı rayonunda “Genişli” kənd icmasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında