Gürcüstanın Baş naziri: BTQ Çin və Avropa arasında dəhlizdir

“Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat xəritəsində Çin və Avropa İttifaqı arasında orta dəhlizdir”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Tbilisidə keçirilən Gürcüstan-Estoniya biznes forumunda deyib.

“Gürcüstan Avropa və Asiyanı birləşdirən strateji nəqliyyat dəhlizlərini inkişaf etdirir. Tarixi “İpək yolu”nun bərpası çərçivəsində iki gün əvvəl Türkiyə və Azərbaycan prezidentləri, Qazaxıstan və Özbəkistan baş nazirləri ilə birgə  Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik”, – deyə baş nazir qeyd edib.

G.Kvirikaşvili bildirib ki, Qara dəniz sahilində inşa olunacaq yeni Anakliya dərin dəniz limanı Çindən Avropaya olan ən qısa yol üzərində yerləşir: “Bu liman “İpək yolu”nun çox vacib qapılarından biridir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında