SOCAR-BP əməkdaşlığının 25 illik yubileyi qeyd olunmuşdur

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında SOCAR-BP əməkdaşlığının 25 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

SOCAR-dan verilən məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan Lord Devid Evans belə görüşlərin artıq ənənə halı aldığını və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir. SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə çıxış edərək 25 illik SOCAR-BP əməkdaşlığı haqqında geniş məlumat vermiş, ötən dövr ərzində həyata keçirilmiş uğurlu layihələrdən danışmışdır. Daha sonra BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz çıxış edərək bildirmişdir ki, “Əsrin müqaviləsi”nin təməlinin Heydər Əliyev tərəfindən qoyulması və onun davamçısı Prezident İlham Əliyev tərəfindən müqavilə müddətinin 2050-ci ilə qədər uzadılması çox əlamətdar bir hadisədir.

Tədbirdə Lordlar Palatasının üzvləri Lord Riçard Rizbi, Lord Devid Evans, SOCAR-ın vitse-prezidentləri Rəfiqə Hüseynzadə və Tofiq Qəhrəmanov, Böyük Britaniyanın Avropa və Amerika üzrə dövlət naziri Alan Dankan, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BP-nin baş ofisində vitse-prezident Emili Olson, Baş Əməliyyatlar rəhbəri Qordon Birrel, BP-nin AGT üzrə vitse-prezidenti Co Mörfi, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kroft, eləcə də Böyük Britaniyada fəaliyyət göstərən bir çox ölkələrin səfirləri və digər rəsmi şəxslər iştirak etmişlər. Görüş qarşılıqlı müzakirələr və axşam ziyafəti ilə davam etdirilmişdir.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında