STAR zavodunda Türkiyənin idxalının 1/3-i qədər dizel istehsal olunacaq

“Zavodun işə düşməsi ilə Türkiyə idxalda 2,5 milyard dollar qənaət edəcək”

2017-ci ilin 8 ayı ərzində Türkiyədə 15,6 milyon ton dizel yanacağı istehlak olunub. “APA-Economics” xəbər verir ki, ötən ilin müvafiq dövrü ərzində Türkiyədə istehlak olunan dizel yanacağının həcmi 14,4 milyon ton idi.

Hesabat dövründə qonşu ölkədə 7,2 milyon ton dizel yanacağı istehsal olunub. Qeyd edək ki, 2016-cı ilin 8 ayı ərzində bu göstərici 5,9 milyon ton olub.

Bu ilin yanvar-avqust ayları ərzində Türkiyəyə 8,354 milyon ton dizel yanacağı idxal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,47 faiz azdır.

Türkiyənin Enerji Bazarlarına Nəzarət İdarəsinin (EPDK) açıqlamasında deyilir ki, daxili bazarda dizel yanacağının istehsalının artırılması məqsədilə 2014-cü ildə TÜPRAŞ (“Koç” şirkətlər qrupuna daxildir) tərəfindən “Fuel Oil Dönüşüm Projesi”nin reallaşdırılmasına başlanılıb. Layihənin reallaşması ilə əlavə 3 milyon ton dizel yanacağına olan tələbatı qarşılamaq mümkün oldu. “Fuel Oil Dönüşüm Projesi”nin dəyəri 3 milyard dollardır və burada 500 nəfər işlə təmin olunub.

EPDK qeyd edir ki, daxili tələbatın ödənilməsi məqsədilə STAR neft emalı zavodunun tikintisi də olduqca əhəmiyyətlidir. Zavod 2018-ci ilin üçüncü rübündə fəaliyyətə başlayacaq. Burada il ərzində 4,7 milyon ton dizel yanacağı istehsal olunacaq ki, bu da hazırkı idxalın 1/3-nə bərabərdir. Zavodun ümumi dəyəri 6 milyard dollara yaxındır. Onun işə düşməsi ilə Türkiyə idxalda 2,5 milyard dollarlıq qənaət etmiş olacaq.

SOCAR Türkiyənin Əliağa yarımadasında illik emal həcmi 10 milyon ton neft təşkil edən STAR neft emalı zavodunun inşasına başlayıb. 2011-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev və o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə layihənin tikinti-hazırlıq mərhələsinin təməli qoyulub. Zavod ildə 10 milyon ton xam neft (sutkada 214 min barrel neft) emalı gücünə malik olacaq və nafta, dizel, reaktiv yanacaq və digər məhsullar istehsal edəcək. Nafta “Petkim” üçün karbohidrogen xammalı, dizel və reaktiv yanacaq isə Türkiyənin daxili bazarını təchiz etmək üçün nəzərdə tutulub.

Zavodun qurulmasında əsas məqsəd “Petkim”in xam maddəsi olan naftanın və Türkiyənin idxaldan asılı olan digər məhsullarının istehsal olunmasıdır. Layihənin 2018-ci ilin üçüncü rübündə işə düşməsi planlaşdırılır. Yeni zavod üçün ilkin layihə smeta dəyəri 5,6 milyard dollar təşkil edir. 2014-cü ilin may ayında 23 beynəlxalq, eləcə də türk bankları ilə 3,29 milyard dollar kredit müqavilələri imzalanıb: bu kreditlərin 2,7 milyard dolları 18 il, 600 milyon dolları isə 15 il müddətinə imzalanıb.

Bundan öncə “SOCAR Turkey Energy A.Ş.”-nin rəhbəri Zaur Qəhrəmanov bildirib ki, daha əvvəl 5,4 milyard dollar olan layihənin dəyəri 6 milyard dollar təşkil edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında