Oktyabrın son günü qəbul məntəqələrinə 3365 ton pambıq təhvil verilib

Noyabrın 1-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 154 min 314 tondan çox məhsul təhvil verilib. Bu məhsulun 3365 tonu oktyabrın 31-də tədarük olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, indiyədək respublika üzrə tədarük olunan məhsulun həcmi ötən ilin ümumi göstəricisindən 65 min 718 ton çoxdur.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı. Bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib.

Pambıq tədarükündə Saatlı (21832,90 ton), Biləsuvar (19319,49 ton), Bərdə (15015,84 ton), Ağcabədi (14545,02 ton), Sabirabad (14087,66 ton), Beyləqan (11925,72 ton) və İmişli (10158,55 ton) rayonları irəlidə gedirlər.

AZƏRTAC respublikada pambıq tədarükünə dair noyabrın 1-nə olan operativ məlumatı təqdim edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında