Nazir: Lirə və manatla hesablaşmalar ölkələrimizi xarici şoklardan sığortalayacaq

“Azərbaycanla Türkiyə idxal-ixrac əməliyyatları zamanı hesablaşmalarda milli valyutadan istifadə etdiyi zaman özünü xarici şoklardan sığortalamış olacaq”.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

Onun sözlərinə görə, bununla bağlı hər iki ölkə prezidentinin müvafiq təlimatı var: “Bilirsiniz ki, bununla bağlı ölkə başçılarının müvafiq təlimatı var. Lakin biz ticarətimizi milli valyutada etmirik. Niyə biz idxal-ixrac əməliyyatlarımızı manat və lirədə etmirik? Niyə biz əməliyyatlarımızı başqa valyutalarda edirik və özümüzü neqativ təsirlərdən qorumuruq? Ümid edirəm ki bunu aradan qaldırmağı bacaracağıq. Bilirsiniz ki, bu yaxınlarda Naxçıvandan Türkiyəyə ixrac olunacaq ümumi dəyəri 120 milyon dollar olan 43 adda məhsulu rüsumdan azad etdik. Başqa sözlə, Türkiyə 20 milyon dollarlıq rüsumdan imtina etdi. Biz qapılarımızı qardaşlarımızın üzünə açdıq. Bizə sərhəd, qadağa yaraşmaz”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında