“Amerikanın səsi”: ABŞ və Avropa İttifaqı BTQ layihəsini dəstəkləyirlər

“Amerikanın səsi”nin rus versiyasının əməkdaşı Nestan Çarkviani oktyabrın 30-da Bakıda keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindən geniş hesabat hazırlamışdır. Müxbir “Asiya və Avropanın iqtisadi imkanlarını qovuşduran”, “Yeni İpək yolunun polad dəhlizi” adlandırdığı layihənin təkcə region ölkələri üçün deyil, eləcə də bütün dünya üçün kifayət qədər əhəmiyyətli olduğunu yazır.  Azərbaycan və Türkiyə prezidentlərinin açılış mərasimindəki çıxışlarından sitat gətirən müəllif yazır ki, bu yol gələcəkdə Böyük Britaniyadan Cənubi Koreyaya qədər uzanan transkontinental dəmir yolunun bir hissəsi olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimindəki çıxışında söylədiyi “strateji əhəmiyyətli tarixi layihə” ifadəsini xüsusilə qabardaraq, oxucuların diqqətinə çatdıran müəllif BTQ-ni “Yeni Avrasiya körpüsü” adlandırmağı da unutmur. Onun fikrincə, BTQ Avropa və Asiya arasında ən etibarlı və ən qısa yoldur.

“Amerikanın səsi” yazır ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta mətbuata müsahibəsində BTQ-nin reallaşdırılmasını  bütün Avrasiya məkanında ticarət, kommersiya və nəqliyyat əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edəcək növbəti mühüm addım kimi qiymətləndirib.

Gürcüstanın Atlantik Şurasındakı vitse-prezidenti Batu Kuteliya  “Amerikanın səsi”nin müxbiri ilə söhbətində  Bakı-Tbilisi-Qars dəmir yolunu öz ölkəsinin iqtisadiyyatı  üçün “oksigen” adlandırıb: “Gürcüstan üçün xüsusilə əhəmiyyətli olan bu layihə  bizim iqtisadiyyatımızın inkişafına əlavə stimul verəcək”.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında