Avropa İnvestisiya Bankı TANAP-a 1,3 milyard dollar ayırır

“TANAP layihəsinin “Faza 0” adlanan mərhələsində işlərin 93 faizi başa çatıb”. “APA-Economics” xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bildirib.

Saltuk Düzyol qeyd edib ki, gələn ilin əvvəlindən etibarən boru xəttinin təbii qazla doldurulmasına başlanılacaq: “Sistemlərin test edilməsi məqsədilə Türkiyə–Gürcüstan sərhədindəki giriş nöqtəsindən sistemə qaz vurulacaq”.

Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı və Asiya İnkişaf Bankından, ümumilikdə 2,5 milyard dollarlıq kreditin alındığını bildirən baş direktor qeyd edib ki, konsorsium borcun qaytarılması üçün zəmanətli bir model tərtib edib: “Bu model maliyyə institutlarının işini xeyli asanlaşdırır”.

S.Düzyol əlavə edib ki, yaxında Avropa İnvestisiya Bankı “Cənub Qaz Dəhlizi” QSC-yə və BOTAŞ-a, ümumilikdə, 1,3 milyard dollarlıq kredit ayıracaq. “Avropa Yenidənqurma və İnkişaf Bankı TANAP-a 500 milyon dollarlıq krediti ayırdıqdan sonra Avropa İnvestisiya Bankının da analoji addım atması çox çəkilometrəz”, - deyə o vurğulayıb.

İndiyədək bütün kredit sazişləri üzrə layihəyə 3,950 milyard dollar məbləğində vəsait cəlb olunub: “Son hesablamalara əsasən, TANAP-ın büdcəsi 7,9 milyard dollaradək azalıb. Əvvəlki proqnozumuzdan fərqli olaraq layihəyə 3,8 milyard dollarlıq yatırım etdik. Bu cür layihələrin reallaşdırılması zamanı qarşıda iki hədəf olur: vaxt və maliyyə mənbəyi. Biz bu hədəflərin ikisinə də nail olduq”.

Baş direktor qeyd edib ki, layihənin tikintisinə 13 mindən çox insan cəlb olunub.

“2018-ci ilin iyun ayından etibarən Türkiyəyə kommersiya qazı nəql olunmağa başlanacaq”, - deyə o əlavə edib.

“Cənub Qaz Dəhlizi” layihəsi regionun ən aktual layihələrindən biridir. “Şahdəniz-2” layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.

Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.

TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 kilometr təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir (illik 31 milyard kubmetrədək artırıla bilər).

TANAP Türkiyə–Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAP layihəsi nəinki “Şahdəniz” yatağından, eyni zamanda, Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.

2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9,2 milyard dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 milyard dollardır. Bu məbləğə 100 faiz pay üzrə alqı-satqı qiyməti, 100 faiz pay üzrə maliyyələşdirmə və 30 faiz payın BOTAŞ-a, 12 faiz payın isə BP şirkətinə satılmasından sonra 58+5 faiz payın maliyyələşdirməsi daxildir.

Layihənin səhmdarları: SOCAR (58 faiz), BOTAŞ (30 faiz) və BP (12 faiz) şirkətləridir.

Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 kilometr təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı nəzərdə tutulur.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 milyard kubmetrdir (illik 20 milyard kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: “Cənub Qaz Dəhlizi” QSC - 20 faiz, BP - 20 faiz, “Snam” - 20 faiz, “Fluxys” - 19 faiz, “Enagás” - 16 faiz, “Axpo” - 5 faiz.

“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında