Naxçıvanda tütünçülük təsərrüfatı yaradılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” tütünçülüyün inkişafı sahəsində geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikasında da gəlirli sahə olan tütünçülüyün inkişafı, tütün emalı sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Bu il Kəngərli rayonunda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni tütün yetişdirmə təsərrüfatı yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tütün yetişdirmə təsərrüfatının fəaliyyəti ilə tanış olub.

Məlumat verilib ki, 2,5 hektar ərazini əhatə edən tütün yetişdirmə təsərrüfatında şitil yetişdirmək üçün 2304 kvadratmetr sahəsi olan 5 istixana, yeraltı su anbarı, 1350 kvadratmetr sahədə tütün qurutma yeri və 420 kvadratmetr sahəsi olan 2 anbar yaradılıb, Türkiyə mənşəli müxtəlif texnika və texnoloji avadanlıqlar alınıb. İlkin olaraq Kəngərli rayonunda 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilib, bugünədək 11 tondan çox quru tütün istehsal olunub. Təsərrüfatda 60 nəfər işlə təmin olunub.

Əkin zamanı yerli torpaq və iqlim şəraiti nəzərə alınaraq məhsuldar sortlardan istifadə olunur. Tütünün becərilməsi, yığımı və qurudulması müasir texnoloji qaydalara uyğun aparılır ki, bu da keyfiyyətli məhsul istehsalına imkan verir. Təsərrüfatda yetişdirilən şitillər muxtar respublikada tütünçülüklə məşğul olan torpaq mülkiyyətçilərinin tələbatını tam ödəyəcəkdir. Eyni zamanda, burada tütün qəbulu da həyata keçiriləcəkdir. Dövlət tərəfindən tütün istehsalçılarına subsidiyaların verilməsi və tütün qəbulu üçün yaradılan şərait bu sahəyə marağı xeyli artırıb. Artıq bu ildən etibarən Kəngərli rayonunun 10 kəndinin torpaq mülkiyyətçiləri tütün əkini üçün müraciət ediblər. Gələn il 100 hektardan artıq sahədə tütün əkilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, hazırda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyətində bazarın tələbatına uyğun olaraq 11 növdə filtrli siqaret istehsal olunur. Bu məhsulların 10 faizi daxili tələbatı ödəyir, 90 faizi isə 8 xaricə ixrac olunur.

Ali Məclisin sədri təsərrüfatın qurulmasında əməyi olanlara təşəkkür edib, Şərur və Kəngərli rayonlarında tütün əkini sahələrinin genişləndirilməsi, ailə və fermer təsərrüfatlarının yaradılması, tütün əkiləcək torpaqların analiz olunması və uyğun sahələrin seçilməsi, yüksək məhsuldarlığa və keyfiyyətə malik sortların əkininə üstünlük verilməsi barədə tapşırıqlar verib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında