Dövlət Statistika Komitəsi:Ölkə üzrə 136 min tondan çox pambıq tədarük olunub

ˆOktyabrın 27-dək ölkə üzrə 136 min 470,34 ton pambıq tədarük olunub. Ötən gün isə qəbul məntəqələrinə 4186,49 ton pambıq təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ən çox pambıq tədarük edən rayonların siyahısına Saatlı (20087,90 ton), Biləsuvar (16449,16 ton), Bərdə (12899,92 ton), Sabirabad (12744,72 ton) və Ağcabədi (12573,66 ton) daxildir.

Qeyd edək ki, bu il ötən illə müqayisədə ölkə üzrə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sa­birabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 27-nə olan operativ məlumatı təqdim edir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında