AİB-in vitse-prezidenti: TANAP və TAP layihələrinin potensial maliyyə tərəfdaşıyıq

“TANAP və TAP layihələri Avropa, eləcə də Azərbaycan və Avrasiya məkanı üçün vacib layihələrdir”.

Bu sözləri APA-nın Tallinə ezam olunmuş müxbirinə açıqlamasında Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak deyib.

O bildirib ki, Avropa İnvestisiya Bankı bu layihələrin potensial maliyyə tərəfdaşlarındandır: “Maliyyə məsələləri müzakirə olunur. Bizim bu məsələdə mövqeyimiz Aİ-nin tək Azərbaycana deyil, Türkiyə və digər layihə iştirakçısı ölkələrə olan münasibəti ilə bağlıdır. Biz bu məsələni Avropa Komissiyası və üzv ölkələrlə müzakirə edirik. Maliyyələşmə ilə bağlı qərar tezliklə verilə bilər”.

V. Hudak qeyd edib ki, qərarın nə zaman veriləcəyi tək onların deyil, həm də Avropa Komissiyası və üzv ölkələrin koordinasiyasından asılıdır. Onun sözlərinə görə, dəqiq tarix və ayrılacaq məbləğ barədə danışmaq hələ tezdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında