2017-ci ilin yanvar-sentyabr aylarında Ümumi Daxili Məhsul istehsalı

2017-ci ilin doqquz ayında ölkə rezidentləri tərəfindən 50 milyard 067,3 milyon manat və ya əhalinin hər nəfərinə 5149,4 manat məbləğində ümumi daxili məhsul istehsal edilmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda deyilir ki, bu dövrdə neft sektorunda əlavə dəyər istehsalı 6,5 faiz azalmış, iqtisadiyyatın qeyri-neft sektorunda isə 2,5 faiz, o cümlədən informasiya və rabitə sahələrində 6,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 5,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,8 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,1 faiz, tikintidə 1,5 faiz artım müşahidə olunmuşdur. Eyni zamanda, qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz, bu sahədə yaradılmış əlavə dəyər isə 3,7 faiz artmışdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında