Mart ayında Moskvada MDB-nin Beynəlxalq iqtisadi forumu keçiriləcəkdir

Martın 18-də Moskvada MDB üzvü olan dövlətlərin "20 il birlikdə: əməkdaşlıq təcrübəsi və perspektivlər" mövzusunda Beynəlxalq iqtisadi forum keçiriləcəkdir. MDB İcraiyyə Komitəsi və MDB-nin iqtisadi inkişafı üzrə İşgüzar Mərkəz tərəfindən təşkil edilən tədbirdə icra və qanunverici hakimiyyət orqanlarının, özəl biznesin, ən iri investisiya və maliyyə təşkilatlarının, tədqiqat və ekspert mərkəzlərinin, Birliyin üzvü olan bütün ölkələrin həmkarlar ittifaqları və birliklərinin nümayəndələri iştirak edəcəklər.
MDB-nin iqtisadi inkişafı üzrə İşgüzar Mərkəzin baş direktoru Vladimir Savçenko bu barədə AzərTAc-a məlumat verərək bildirmişdir ki, forum çərçivəsində 2020-ci ilə qədər olan dövr üçün MDB-nin iqtisadi inkişaf strategiyası, Sərbəst ticarət zonası haqqında Müqavilə ilə əlaqədar aktual problemlər və 2020-ci ilə qədər olan dövr üçün MDB-də innovasiya əməkdaşlığına dair Dövlətlərarası Proqram, Gömrük İttifaqının fəaliyyətinin nəticələri və Vahid iqtisadi məkan yaradılması perspektivləri ilə bağlı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.
Forumun gündəliyindəki başqa mövzular arasında 2011-ci ildə MDB-də sədrlik edən Tacikistan Respublikasının iqtisadi inteqrasiya sahəsində təklifləri - Birlik ölkələrinin biznes dairələrinin nümayəndələri arasında qarşılıqlı faydalı işgüzar əlaqələr yaradılmasına kömək, ən mühüm layihələrin dəstəklənməsi, inkişaf etdirilməsi və populyarlaşdırılması, eləcə də Rusiya və xarici ölkələrin texnologiyalar və elm tutumlu məhsullar bazarlarının mənimsənilməsində ixtiraçılara, yüksək texnoloji məhsulları yaradanlara və istehsal edənlərə kömək məsələləri vardır.
Forum müddətində innovasiya layihələri sərgisi keçiriləcək, "MDB-də işgüzar mühitin inkişafı: imkanların təqdimatı" adlı dialoq təşkil ediləcək, burada forum iştirakçılarının perspektivli layihələrlə tanış olmasına, işgüzar əməkdaşlığın daha da genişləndirilməsi barədə icra hakimiyyəti orqanlarının və biznesin nümayəndələri ilə fikir mübadiləsi aparmasına imkan yaradılacaqdır. Ayrıca bir tədbir kimi "MDB-nin biznes lideri" və "MDB-nin iqtisadi inteqrasiya lideri" nominasiyalarında laureatların mükafatlandırılması mərasimi keçiriləcəkdir.
Forumun işi yekun sənədinin qəbul edilməsi ilə başa çatacaqdır. Bu sənəd analitik və tövsiyə xarakterli informasiya kimi Birlik üzvü olan ölkələrin ali qanunvericilik və icra hakimiyyəti orqanlarına təqdim ediləcəkdir.{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında