Pensiya və müavinətlər üçün dövlət büdcəsindən ayrılan vəsait artırılır

Gələn il ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2018-ci ilin dövlət büdcəsindən 2 milyard 197,2 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb.

APA-nın xəbərinə görə, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

Bu, 2017-ci illə müqayisədə 154,8 milyon manat və ya 6,6 faiz azdır.

Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsində 2016-cı ildə təbii qazın əsasən əhaliyə aşağı qiymətə satılması nəticəsində yaranmış zərərin örtülməsi məqsədi ilə 250 milyon manat birdəfəlik təyinatlı xərc (subsidiya) nəzərdə tutulub. Həmin xərclər 2017-ci ilin bazasından çıxıldıqdan sonra 2018-ci ildə real olaraq sosial müdafiə və sosial təminat xərcləri 2017-ci illə müqayisədə 95,2 milyon manat və ya 4,5 faiz artırılıb. Sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5 faiz təşkil edir.

Gələn il sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1,3 milyard manatı (əvvəlki illə müqayisədə 30 milyon manat və ya 2,4 faiz çox) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə, 627,2 milyon manat Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və onun müvafiq orqanları vasitəsi ilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 20,1 milyon manatı sosial müdafiə, pensiya və digər sosial təminat xərclərinə yönəldiləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında