Heydər Əliyev adına NEZ-in yenidən qurulması və modernləşdirilməsi layihəsinə ekoloji nəzarət

Noyabrın 8-də Heydər Əliyev adına neft emalı zavodunun mədəniyyət mərkəzində NEZ-in yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində hazırlanmış Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədi ilə əlaqədar ictimai dinləmələr keçiriləcəkdir.

SOCAR-dan aldığımız məlumatda bildirilir ki, ictimaiyyət nümayəndələrinin tanış olması üçün ƏMTQ sənədi elektron formatda SOCAR-ın rəsmi internet səhifəsində (NEZ ƏMTQ_Faza 2-3.pdf), çap variantı isə NEZ-in kitabxanasında (Nizami rayonu, Oqtay Vəliyev küçəsi 1 ünvanında) yerləşdirilmişdir. Dinləmələr zamanı mütəxəssislər ­NEZ-də aparılan yenidənqurma və modernləşdirmə layihəsi ətraf mühitə potensial təsirlər və onların azaldılması tədbirləri, hər bir fəaliyyət aspekti üzrə kumulyativ təsirlər, layihə alternativləri layihə ərazisində ətraf mühitin idarə edilməsi, eləcə də aparılmış monitorinqlər barədə iştirakçılara ətraflı məlumat verəcəklər. İctimai dinləmədə səslənən bütün rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaqdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında