Yoşka Fişer: "Nabukko" ilə bağlı həlledici qərar yaxın aylarda qəbul edilməlidir"

"Nabukko" qaz kəməri layihəsinin reallaşması ilə bağlı qəti qərar qarşıdan gələn aylarda qəbul edilməlidir.
Bu fikri Almaniyanın keçmiş xarici işlər naziri, "Nabukko" layihəsində Avstriyanın OMV və Almaniyanın RWE şirkətlərinin siyasi məsləhətçisi Yoşka Fişer Vyanada keçirilən Avropa Qaz Konfransında səsləndirmişdir.
Layihə ilə bağlı nikbin düşündüyünü bildirən Y.Fişer, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Öttingerin qaz hasilatçısı Azərbaycana səfərinin bu layihə ilə bağlı dönüş yaratdığını, eləcə də son dövrlərdə aparılan danışıqların irəliyə doğru böyük addım olduğunu vurğulamışdır.
Məsləhətçi qeyd etmişdir ki, Avropanın qazla təchizatında şaxələndirmənın nə qədər önəmli olduğunu ən bariz şəkildə 2009-cu ildə qaz nəqli ilə əlaqədar Rusiya-Ukrayna münaqişəsi göstərmişdir. Sürətlə inkişaf edən iqtisadiyyata malik Çin Xalq Respublikası tələbatı ödəmək üçün Yaxın Şərq və Mərkəzi Asiyadakı qaz resurslarına getdikcə daha güclü maraq göstərir. Gələcəkdə Şərqlə Qərb arasında Yaxın Şərq, Xəzər dənizi və Şimali Afrikanın qaz resursları ilə bağlı rəqabət yaranacaqdır. Əgər bu gün Avropa "Cənub dəhlizi"ni açmazsa, sabah istehsalçı ölkələrin üzünü Şərqə tutmaqdan başqa yolu qalmayacaqdır.
Y.Fişer Avropaya istiqamətlənən digər qaz kəməri layihələri barədə bildirmişdir ki, "Cənub axını" layihəsi Rusiya qazını Avropaya gətirəcəyinə görə, bununla bağlı şaxələndirmədan söhbət gedə bilməz. TAP (Transadriatik Qaz Kəməri) kimi digər layihələrin nəql gücü az olduğundan onların strateji əhəmiyyətindən danışmaq mümkün deyildir. Strateji əhəmiyyəti yalnız "Nabukko" daşıyır və indiyədək həyata keçirilmiş hazırlıq prosesləri göstərir ki, layihə barədə həlledici qərarın qəbul edilməsi üçün zaman yetişmişdir və cari ilin ortalarınadək həmin qərar qəbul edilməlidir.

{nl}


Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında