BP AÇG və “Şahdəniz”-ə yatırdığı investisiyaları açıqlayıb

2006-cı ilin iyunundan bu ilin iyun ayının sonuna kimi Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Qazaxıstan və Türkmənistandan da gələn həcmlər daxil olmaqla, ümumilikdə 2,7 milyard barrel, yəni 365 milyon tondan artıq xam neft ixrac olunub.

“APA-Economics” xəbər verir ki, bunu BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qəri Counz bildirib.

“Tərəfdaşlarımızla birlikdə Azərbaycan hökumətinin adından Azəri-Çıraq-Günəşli neft və “Şahdəniz” qaz əməliyyatçıları kimi BP şirkəti 67 milyard dollardan artıq investisiya yatırıb və 3,2 milyard barreldən çox neft, 85 milyard kubmetr qaz, 30 milyard kubmetrdən çox səmt qazı və təxminən, 170 milyon barrel kondensat hasil edib. Qoyulmuş bu investisiya və səylər nəticəsində dənizdə və quruda yerləşən dünya səviyyəli qurğular, o cümlədən 7 dəniz platforması, 3 emal terminalı və 3 iri ixrac boru kəməri inşa edilib”, - deyə Q. Counz vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında