“Neft Daşları” yatağında yeni quyu istismara verilmişdir

“Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədilə quyu fondunun genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

SOCAR-dan verilən məlumatda bildirilir ki, bu günlərdə “Neft Daşları” yatağındakı 620A saylı özüldən 2624 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Quyu məhsuldar qat çöküntülərinin Qirməki Üstü Qumlu Lay Dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1840-1836 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İB-nin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.               

Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında