Azərbaycanın xarici iqtisadi əlaqələrində yeni mərhələ

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir.

 İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Son illərdə Azərbaycanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan  diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması, təbii ki, ölkəmizin xarici ticarətində də müsbət meyillərə təkan verib. Belə ki, xarici ticarətin coğrafiyası genişlənib, onun əmtəə strukturu təkmilləşib. Bunun nəticəsidir ki, Azərbaycanın iqtisadiyyatına 200 milyard dollardan çox investisiya yatırılıb. Eyni zamanda, 76 milyard dollardan çox birbaşa xarici investisiya cəlb olunub.

Azərbaycanın iqtisadi ticarət partnyorlarının sayı hazırda 180 ölkəyə çatır. Ötən illər ərzində ölkəmizdə ümumi məhsul buraxılışı 22 dəfədən, dövlət büdcəsi isə 26 dəfədən çox artıb. Bu, o deməkdir ki, Azərbaycan xarici investisiyalar üçün cəlbedici məkana çevrilib. Ölkə iqtisadiyyatına 200 milyard dollardan çox investisiya yatırılıb, o cümlədən 76 milyard dollar həcmində birbaşa xarici investisiya cəlb olunub. Görülən tədbirlər nəticəsində Azərbaycanın planlı sosialist iqtisadiyyatından liberal bazar iqtisadiyyatına keçidi təmin edilib. Bu uğurlar beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində mümkün olub. Məsələn, Dünya Bankının dəstəyilə Azərbaycanda həyata keçirilən layihələr çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, ən qabaqcıl texnologiya və yeniliklərin respublikamıza  gətirilməsi mühüm önəm daşıyır.   Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq çoxşaxəlidir, infrastruktur, kənd təsərrüfatı və sosial sahələri əhatə edir. Dünya Bankı ölkəmizə 53 layihə üzrə 4,15 milyard ABŞ dolları vəsait ayırıb. Artıq 41 layihə üzrə işlər başa çatıb, 11 layihə üzrə tədbirlər isə davam etdirilir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da Azərbaycanda infrastruktur, enerji, su təchizatı, nəqliyyat sahələrində müxtəlif layihələri maliyyələşdirir, banklara kredit xətti açır. Xatırladaq ki, AYİB indiyədək Azərbaycanda özəl sektorda 151 layihənin maliyyələşdirilməsinə 1,7 milyard ABŞ dolları məbləğində kredit ayırıb. Bu isə  ölkəmizlə AYİB arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradıldığından xəbər verir.

Bu qısa informasiya onu göstərir ki, Azərbaycan xarici investisiyalar üçün cəlbedici məkana çevrilib. Eyni zamanda, respublikanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan  diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkənin xarici ticarətində də müsbət meyillərə təkan verib. Belə ki, xarici ticarətin coğrafiyası genişlənib, onun əmtəə strukturu təkmilləşib. Bunun nəticəsidir ki, ölkəmizin iqtisadiyyatına 200 milyard dollardan çox investisiya yatırılıb. Eyni zamanda, 76 milyard dollardan çox birbaşa xarici investisiya cəlb olunub.

Azərbaycanın iqtisadi ticarət tərəfdaşlarının sayı 180 ölkəyə çatıb. Ötən illərdə Azərbaycanda ümumi məhsul buraxılışı 22 dəfədən çox, dövlət büdcəsi 26 dəfədən çox artıb. Ticarət əlaqələri genişlənib. Təkcə cari ilin yanvar–iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac edilib, 169 ölkədən idxal olunub.

Həmin dövrdə xarici ticarət dövriyyəsi 12872,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8502,5 milyon dollar, idxalın dəyəri 4369,7 milyon dollar təşkil edib, nəticədə 4132,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar–iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,2 faiz artıb. Ticarət dövriyyəsinin 37,3 faizi Avropa İttifaqı ölkələri, 13,2 faizi MDB üzvü dövlətləri, 49,5 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 22,6 faizi İtaliyaya, 12,5 faizi Türkiyəyə, 5,5 faizi Çinə, 5,3 faizi Rusiyaya, 4,6 faizi Gürcüstana, hər biri 4,3 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Portuqaliyaya, 4  faizi İsrailə, hər biri 3,7 faiz olmaqla Almaniya və Çexiyaya, 3,6 faizi Hindistana, 3,3 faizi  Kanadaya, qalan 22,6 faizi isə digər ölkələrə göndərilən məhsullar əsasında formalaşıb. 

İdxal olunan məhsulların dəyərinin 18  faizi Rusiyanın, 15,7 faizi Türkiyənin, 10  faizi Çinin, 8,7 faizi ABŞ-ın, 4,6 faizi Almaniyanın, 4,5 faizi Ukraynanın, 3,8 faizi İtaliyanın, 3,2 faizi İranın, 3 faizi Birləşmiş Krallığın, 1,7 faizi Fransanın, hər biri 1,6 faiz olmaqla Belarus və Qazaxıstanın, 23,6 faizi isə digər ölkələrin payına düşüb. 

Bu ilin yanvar–iyul aylarında 855  milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da keçən ilin yanvar–iyul aylarına nisbətən faktiki qiymətlərlə 29,7 faiz, real ifadədə isə 27 faiz çoxdur.

Ölkəmizin beynəlxalq arenada formalaşan müsbət imicinin digər göstəricisi də son dövrlər xarici ölkələrin özəlləşdirmə və investisiya layihələrində Azərbaycanın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən ölkəmizə bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır.

Prezident İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, ticarət və investisiya fəaliyyəti sahəsində başlıca vəzifə Azərbaycan məhsullarının yeni bazarlara çıxışını təmin etməkdən, dost ölkələrdə investisiya fəaliyyətini genişləndirməkdən ibarətdir. Bu məqsədlə müntəzəm olaraq xarici ölkələrə səfərlər edilir, milli sərgilər, biznes forumlar, görüşlər təşkil olunur.

Həyata keçirilən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb olunmasıdır. Azərbaycanda bərqərar olan siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi respublikamızı xarici investisiyalar üçün cəlbedici ölkələrdən birinə çevirib. İndiyədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 60-dan çox saziş imzalanıb.  Avropa İttifaqının 23 üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbuluna xüsusi önəm verir. Bu zaman investisiya layihələrində əsas diqqət maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olan, beynəlxalq standartlara uyğun gələn müəssisələrin yaradılmasına və həmin obyektlərdə ixracyönümlü və idxaləvəzləyici məhsulların istehsal edilməsinə yetirilir.

Bu gün Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiya qoyan xarici qurumlar arasında İslam İnkişaf Bankı və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası daha çox diqqət çəkir. Hər iki struktur ölkəmizdə bir sıra yeni layihələrdə fəal iştirak edir, qeyri-neft sahələrinin inkişafına maliyyə dəstəyi göstərir. İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, indiyədək İslam İnkişaf Bankı tərəfindən ölkəmizə iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələr çərçivəsində 1 milyard ABŞ dollarına yaxın vəsait ayrılıb. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası tərəfindən isə Azərbaycana kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı 130 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb.

İnvestisiya qoyuluşuna marağın getdikcə artması ölkəmizin sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla yanaşı, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Son 10 il ərzində iqtisadiyyatın 3 dəfə artması, müasir infrastruktur yaradılması, yüzlərlə müəssisənin fəaliyyətə başlaması bunun göstəricisidir. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırıb.

Ölkəmizin iqtisadi uğurlarının xaricdə geniş təbliği Azərbaycanın xarici siyasətinin vacib istiqamət-lərindəndir. Bu məqsədlə sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurlar, yaradılan əlverişli biznes mühiti, investisiya imkanları geniş şəkildə nümayiş etdirilir. Bununla bərabər, Azərbaycanın tranzit və turizm imkanlarının geniş təşviq edilməsi istiqamətində işlər aparılır.

TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, Şimal-Cənub, Şərq-Qərb magistral avtomobil yolları, yeni hava limanları, geniş turizm infrastrukturu ilə bağlı təbliğatın aparılması Azərbaycanın artan tranzit və turizm imkanlarından xarici tərəfdaşların faydalanması işinə də öz müsbət töhfəsini verib. 

Azərbaycanın xarici ticarət əlaqələrinin inkişafı daim diqqətdə olan məsələlərdəndir. Belə ki, yerli məhsulların xaricə, o cümlədən qeyri-ənənəvi bazarlara ixracının genişləndirilməsi məqsədilə hazırda zəruri tədbirlər görülür. Azərbaycan Prezidentinin bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, dövlət dəstəyi ilə potensial ixrac ölkələrində logistik mərkəzlərin yaradılması üzrə tədbirlər reallaşdırılır. Bununla bərabər, qarşılıqlı investisiya fəaliyyətinin təşviq edilməsi istiqamətində işlər də sürətləndirilir. Bu, ilk növbədə, investorlar üçün mühüm əhəmiyyət kəsb edən investisiyaların qarşılıqlı qorunmasını, təşviqini, eləcə də ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan hüquq-müqavilə bazasının yaradılması işlərini əhatə edir. 

Paralel olaraq, Azərbaycanda prioritet istiqamətlərə, xüsusilə sənaye parklarına, kənd təsərrüfatına, İKT, turizm və digər sahələrə xarici investisiyaların cəlb olunmasına maraq yaradılır, müvafiq sahələr üzrə yeni texnologiyaların və rəqabətqabiliyyətli idarəetmə sistemlərinin tətbiqi istiqamətində tədbirlər görülür. 

Azərbaycanın xaricdəki dövlət və özəl investisiyalarının müdafiəsi daha da gücləndirilir, iqtisadi maraqlarımıza cavab verən layihələrdə şirkətlərimizin iştirakının təmin edilməsi üçün tərəfdaş ölkələrlə bu sahədə əməkdaşlıq getdikcə genişləndirilir. 

İqtisadi əlaqələrimizin genişlənməsində xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının bir araya toplanılması, fəaliyyətlərinin dəstəklənməsi məqsədilə birliklərinin yaradılması da önəmli məsələlərdəndir. Artıq bir sıra dövlətlərdə belə birliklər fəaliyyət göstərir və bu sahədə işlər davam etdirilir.

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın siyasi və iqtisadi məkanında öz layiqli yerini tutan, etibarlı tərəfdaşa, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən Azərbaycan daha böyük nailiyyətlərə doğru inamla irəliləyir. Artıq indidən tam əminliklə demək mümkündür ki, əldə olunan bu nailiyyətlər və daha sürətli inkişaf üçün yaradılan münbit şərait qarşıya qoyulan əsas hədəfin – Azərbaycanın inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin reallaşmasına əsaslı təminat yaradır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında