AMB: Manatın sabitliyi bazarın tarazlı olduğunu göstərir

“Manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbəti əsasında formalaşır və milli valyutanın məzənnəsinin mövcud sabitliyi bazarın tarazlı olduğunu göstərir”.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

“Tələb və təklif arasındakı nisbətə tədiyə balansının vəziyyəti təsir göstərir. Təbii ki, dünya bazarında neftin qiymətlərinin artmasının Azərbaycanın tədiyyə balansına birbaşa və dolayı müsbət təsirləri vardır. Bu təsirlər müxtəlif dövrlərdə əsasən orta və uzunmüddətli dövrdə özünü büruzə verir. Lakin neft qiymətləri tədiyə balansına və beləliklə valyuta bazarına təsir edən yeganə amil deyil. İndiyədək olduğu kimi bundan sonra da manatın məzənnəsinin dinamikası valyuta bazarına təsir göstərən bütün amillərin kompleks təsiri ilə formalaşacaqdır”, - deyə açıqlamada vurğulanıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında