Nəriman Nərimanov adına NQÇİ-də qəzalı vəziyyətdə olan hidrotexniki qurğuların təmiri diqqət mərkəzindədir

“Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarında hidrotexniki qurğuların tikintisi və təmiri, estakada, meydança və özüllərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.

SOCAR-dan verilən məlumatda bildirilir ki, N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı qəzalı vəziyyətdə olan 618 saylı estakadayanı meydançada, aparılmış təmir-bərpa işləri nəticəsində buradakı 717 nömrəli quyu fəaliyyətsiz fonddan istismara qaytarılmışdır. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul vermiş, 4686-4669 metr intervaldan gündəlik 15 ton neft və 1800 kubmetr qaz hasilatı ilə istismara daxil edilmişdir.

Qeyd edək ki, hazırda 618 saylı estakadayanı meydançada, ümumilikdə, 3 quyu işlənilir. Bu quyulardan sutkada 37 ton neft və 7400 kubmetr qaz hasil olunur.                              

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında