Bakı-Tbilisi-Qars layihəsinin operatoru yaradılır

“Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” dövlət şirkəti Bakı-Tbilisi-Qars layihəsinin operatoru olan birgə müəssisə yaradacaqlar.

“APA-Economics” xəbər verir ki, bu barədə “Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı xəbərdə deyilir.

Məlumatda bildirilir ki, ilkin mərhələdə adıçəkilən dəmir yolu ilə az həcmdə yüklərin daşınması “Gürcüstan Dəmir Yolları”nın fəaliyyətinə ciddi təsir etməyəcək. S&P qeyd edir ki, dəmir yolu layihəsinin Gürcüstandan keçən hissəsinin tikintisi Azərbaycandan alınan kredit hesabına maliyyələşdirilib. “Bunu nəzərə alaraq biz “Gürcüstan Dəmir Yolları”nın qeyd edilən infrastrukturun sahibi olacağını ehtimal etmirik”, - deyə məlumatda vurğulanıb.

Bundan öncə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bəyan edib ki, Bakı-Tbilisi-Qars layihəsinin rəsmi açılış mərasimi oktyabr ayının 28-də baş tutacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaradılmasına dair hökumətlərarası saziş 2007-ci ildə imzalanıb.

Layihənin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi üçün Azərbaycan hökuməti Gürcüstana 775 milyon dollarlıq kredit ayırıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında