“Günəşli” yatağındakı 115 nömrəli quyu istismara qaytarılıb

Neft və qaz hasilatının artırılması üçün prioritet sahələrdən biri də fəaliyyətsiz fondda olan quyuların istismara qaytarılmasıdır.

SOCAR-dan verilən məlumatda bildirilir ki,  “Azneft” İstehsalat Birliyi bu sahədə fəaliyyətini uğurla davam etdirir. Birliyin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunan “Günəşli” yatağındakı 3 saylı dərin dəniz özülündən 115 nömrəli quyu əsaslı işlərdən sonra istismara qaytarılıb. Məhsuldar qat çöküntülərinin VI horizontundan fontan üsulu ilə məhsul vermiş quyu 2291-2234 metr intervaldan gündəlik 190000 kubmetr qaz və 5 ton kondensat hasilatı ilə istismara daxil edilib.

Ümumiyyətlə, cari ilin əvvəlindən “Günəşli” yatağındakı fəaliyyətsiz fondda olan 45 quyu gərgin araşdırma və əməliyyatlardan sonra istismara daxil edilib. Bu quyulardan cari ilin yanvar-avqust ayları ərzində ümumilikdə 125,6 milyon kubmetr qaz və 167,6 min ton neft hasil edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında