“Ümid” yatağındakı 10 saylı quyuda yüksək hasilat bərpa edilib

Bu günlərdə “Ümid” yatağındakı 10 saylı quyu yüksək hasilatla istismara qaytarılmışdır.

SOCAR-dan verilən xəbərdə bildirilir ki, 2012-ci ildə sutkalıq 750 min kubmetr qaz və 150 ton kondensatla işlənilməyə verilən 10 saylı quyuda son zamanlar hasilatın azalması xüsusi araşdırma aparılmasına zərurət yaratmış, nəticədə həm quyu içində, həm də quyuətrafı zonada bunun səbəbləri təyin edilmişdir. Yatağın işlənilməsini həyata keçirən “SOCAR-ÜMİD” MMC-nin baş geoloqu İntiqam Bayramovun rəhbərliyi ilə quyunun turşu ilə işlənilməsi layihəsinin icrasına başlanılmışdır. Layihə uğurla başa çatdırılmış, quyu gündəlik 600 min kubmetr qaz və 110 ton kondensat hasilatı ilə istismara verilmişdir.

Hazırda, yataqdakı 10 və 14 saylı quyulardan ümumilikdə sutkada 1,5 milyon kubmetr qaz və 250 ton kondensat hasil edilir. İndiyədək “Ümid” yatağından 1 milyard 517 milyon kubmetr qaz və 237 min ton kondensat hasil edilib. Yatağın işlənilməsi uğurla davam etdirilir.          

Samirə Əliyeva,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında