Azərbaycan bu il 176 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 107 ölkəyə məhsul ixrac olunmuş, 169 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 12 milyard 872,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8 milyard 502,5 milyon dollar, idxalın dəyəri 4 milyard 369,7 milyon dollar təşkil etmiş, nəticədə 4 milyard 132,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,2 faiz artmış, real ifadədə isə 14 faiz, o cümlədən ixrac 8,4 faiz, idxal 22,7 faiz azalmışdır.

Ticarət dövriyyəsinin 37,3 faizi Avropa İttifaqı ölkələri, 13,2 faizi MDB üzvü dövlətləri, 49,5 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.

İxracın dəyərinin 22,6 faizi İtaliyaya, 12,5 faizi Türkiyəyə, 5,5 faizi Çinə, 5,3 faizi Rusiyaya, 4,6 faizi Gürcüstana, hər biri 4,3 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Portuqaliyaya, 4 faizi İsrailə, hər biri 3,7 faiz olmaqla Almaniya və Çexiyaya, 3,6 faizi Hindistana, 3,3 faizi Kanadaya, qalan 22,6 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.

İdxal olunmuş məhsulların dəyərinin 18 faizi Rusiyanın, 15,7 faizi Türkiyənin, 10 faizi Çinin, 8,7 faizi ABŞ-ın, 4,6 faizi Almaniyanın, 4,5 faizi Ukraynanın, 3,8 faizi İtaliyanın, 3,2 faizi İranın, 3 faizi Birləşmiş Krallığın, 1,7 faizi Fransanın, hər biri 1,6 faiz olmaqla Belarus və Qazaxıstanın, 23,6 faizi isə digər ölkələrin payına düşmüşdür.

2017-ci ilin yanvar-iyul aylarında 855 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 29,7 faiz, real ifadədə isə 27 faiz çoxdur.

2017-ci ilin yanvar-iyul aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 78,5 faiz, təzə meyvə – 38,5 faiz, kartof – 50,7 faiz, tütün – 66 faiz, bitki yağları – 1,6 faiz, meyvə və tərəvəz şirələri – 94,4 faiz, çay – 52,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 62,1 faiz, pambıq lifi – 6,3 dəfə, qara metallardan borular – 2 faiz, bentonit gili – 3,5 dəfə artmış, şəkər ixracı isə 24,4 faiz, meyvə və tərəvəz konservləri – 11,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 4,4 faiz, polietilen – 2,9 faiz, emal olunmamış alüminium – 31,5 faiz, qara metallardan yarımfabrikatlar – 35,4 faiz, pambıq ipliyi – 35 faiz azalmışdır.

2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 2017-ci ilin yanvar-iyul aylarında xam şəkər və şəkər idxalı 15,7 faiz, təzə meyvə – 9,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 1,8 faiz, çay – 3,6 faiz, quş əti və onun əlavə məhsulları – 66,7 faiz, mal əti – 2,3 dəfə, minik avtomobilləri – 53,2 faiz, polad prokatı – 7,3 faiz, hesablama maşınları, blok və qurğuları – 71,6 faiz, qara metallardan çubuqlar – 23,8 faiz, rezin şinlər – 40,6 faiz, mineral gübrələr – 3,2 dəfə, məişət kondisionerləri – 25,9 faiz, qara metallardan künclüklər – 35,6 faiz, paltaryuyan maşınlar – 93,2 faiz, yük avtomobilləri – 73 faiz, avtobuslar – 2,5 dəfə artmış, buğda idxalı isə 35 faiz, bitki yağları – 24,4 faiz, kartof – 5,3 faiz, təzə tərəvəz – 46,2 faiz, qara metallardan borular – 66,2 faiz, mebel – 6,7 faiz, polietilen – 27 faiz, sement və sement klinkerləri – 93 faiz, məişət soyuducuları – 28,1 faiz azalmışdır.

 Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında