Yanvar-iyul aylarında 37 milyard 645 milyon manatlıq ÜDM istehsal olunmuşdur

2017-ci ilin yanvar-iyul aylarında ölkədə 37 milyard 645,4 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın neft bölməsində istehsal olunmuş əlavə dəyər 6,9 faiz azalmış, qeyri-neft bölməsində isə 2,2 faiz artmışdır.

Ümumi daxili məhsulun 41,1 faizi sənayedə, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,9 faizi tikintidə, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 15,6 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3875,6 manata bərabər olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında