“Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir edilmişdir

“Azneft” İstehsalat Birliyinin istismar etdiyi neft-qaz yataqlarında hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

Bu günlərdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi 784 kvadratmetr sahəyə malik 1778 saylı meydança əsaslı təmir olunaraq istismara verilmişdir. “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 33 ədəd möhkəmləndirici svay vurulmuş, 26 ədəd rigel proqon, 21 ədəd metal ferma, suüstü metal əlaqələr və 40 ədəd oturacaq quraşdırılmış, 110 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilmişdir.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və istismara qəbul edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında