Payızda Şəkidə daha 600 hektar sahədə yeni fındıq bağları salınacaq

Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatının ixrac potensiallı sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tövsiyyə və göstərişlərin icrasını təmin etmək məqsədi ilə Şəki rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2016-cı ilədək rayonda cəmi 979 hektar sahədə fındıq bağları mövcud idi. Ötən ilin payız mövsümündə 724, cari ilin yazında isə 58 hektar sahədə yeni fındıqlıq salınmaqla, bağların ümumi sahəsi 1761 hektara çatdırılıb. Bu ilin payızında Şəkidə daha 600 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Hazırda bağ salınacaq ərazilərdə hazırlıq işləri aparılır, sahələr kol-kosdan təmizlənir.

Bu barədə AZƏRTAC-a şəhər icra hakimiyyətindən məlumat verilib.

Rayonun kəndlərində fındıqçılığa maraq göstərən ailə-fermer təsərrüfatlarının sayı da ildən-ilə artmaqdadır. İkinci Biləcik kəndinin sakini Rafiq Talıbov uzun illərdir fındıqçılıqla məşğul olur. Təsərrüfat sahibinin 2 hektar bar verən fındıq bağı var. Fermerin ailəsi fındıq istehsalından hər il yaxşı qazanc əldə edir. Kənd sakini cari ilin yazında daha 0,6 hektar sahədə yeni fındıq bağları salıb və bu işi davam etdirmək fikrindədir.

Rafiq Talıbov AZƏRTAC-a müsahibəsində deyib: “Dövlətimiz tərəfindən aqrar sahənin inkişafına diqqət və qayğının ildən-ilə artması, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi qərarlar, imzaladığı sərəncamlar kənd əməkçilərində böyük ruh yüksəkliyi yaradıb. Fındıq tinglərinin əhaliyə pulsuz paylanması, işlətdiyimiz yanacağa görə subsidiyaların verilməsi bu qayğıya bariz nümunədir.

Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən müşavirənin iştirakçısı kimi bildirmək istəyirəm ki, dövlətimizin başçısının çıxışından, dəyərli tövsiyələrindən ruhlanaraq məhsul bolluğunun yaradılması işinə öz töhfəmi vermək üçün bundan sonra da var qüvvəmlə çalışacağam”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında