Bölgələrdə aqrar sahə ilə yanaşı, sosial sfera da yeniləşir

Son illər kənd təsərrüfatının inkişafına strateji əhəmiyyətə malik bir sahə kimi yanaşılır. Çünki aqrar bölmə qeyri-neft sektorunda coğrafiyasına və əhalinin məşğulluq səviyyəsinə görə respublikamızın ümumi tərəqqqisində önəmli rol oynayır. Kənd təsərrüfatında reallaşdırılan islahatlar, fermerlərə dövlət tərəfindən göstərilən hərtərəfli dəstək də bunun bariz ifadəsidir.

Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində bu məsələlər geniş şəkildə müzakirə olunub, qarşıya çox önəmli vəzifələr qoyulub. Eyni zamanda,  sadalanan ənənəvi  sahələrin uğurla inkişaf etməsi nəticəsində fermerlərin, kəndlilərin daha böyük fayda görəcəkləri vurğulanıb.

Bir sözlə, dövlətimizin başçısının sədrliyi ilə keçirilən həmin müşavirə qeyd edilən sahələrdə inkişafa böyük təkan verəcək, yeni iş yerləri yaradılacaq, kəndlilərin, fermerlərin həyat səviyyəsi yüksələcək. Ölkəmizdə qeyri-neft sektoru inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək, idxaldan asılılıq azalacaq.

Bütün bunlarla yanaşı, burada bir məsələni də xüsusi vurğulamaq istərdim. Azərbaycan Prezidenti respublikamızın ayrı-ayrı bölgələrinə hər səfərində iqtisadi vəziyyətlə bərabər, sosial şəraitlə də ciddi şəkildə maraqlanır, əhalinin üzləşdiyi problemləri diqqətlə araşdırır və onların aradan qaldırılması üçün müvafiq qurumlara tapşırıqlar verir, sərəncamlar imzalayır. Möhtərəm dövlət başçımızın Qax, Zaqatala və Balakən rayonlarına səfəri də bunun parlaq ifadəsidir.

Xatırladım ki, cənab İlham Əliyev barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsindən dərhal sonra bir sıra sərəncamlar imzalayıb. Qax, Zaqatala, Balakən şəhərlərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad və Balakən-Qazbinə-İtitala avtomobil yollarının tikintisi ilə bağlı həmin sərəncamlar bu bölgədə əhalinin sosial şəraitinin daha da yaxşılaşması məqsədi daşıyır. Bu isə həm də onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin əsas mahiyyəti də əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılmasından, insanların həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir.

Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət göstərdiyini bildirən  dövlət başçısı cənab İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək deyib: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.

Azərbaycan Prezidentinin yuxarıdakı  fikrinə əsaslanıb deyə bilərəm ki, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu,  bir tərəfdən cənab İlham Əliyevin insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanılmasıdır. Möhtərəm dövlət başçımız  bu reallığı daim önə çəkir, diqqət mərkəzində saxlayır. Çünki  insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.

Məmmədxan MƏMMƏDOV,
“Zaqatala Aqrosənaye”
MMC-nin icraçı direktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında