Bolluğa və firavanlığa aparan yol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə  keçirilən digər tədbirlər kimi barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair  respublika müşavirəsi də ölkənin ictimai-siyasi həyatında mühüm hadisəyə çevrildi. Həmin müşavirə mənim üçün bir neçə cəhətdən əlamətdar oldu.  Birinci,   sırf iqtisadi məzmunlu bu tədbir mənim də təmsil etdiyim iqtisadi rayonda keçirilirdi.  İkinci, mən özüm respublika miqyaslı bu mühüm tədbirin iştirakçısı idim. Üçüncü, əsrlərdən bəri Şəki-Zaqatala bölgəsinin iqtisadiyyatında mühüm rol oynayan barama, tütün və fındıqçılığın inkişaf etdirilməsi istiqamətində atılacaq mühüm tədbirlərin təməli qoyulurdu.  Uzağı iki-üç ildən sonra mükəmməl nəticələrini görəcəyimiz həmin addımların atılmasının iştirakçısı olmağın həm məsuliyyəti böyükdür, həm də məmnunluğu.

Cənab Prezident müşavirədə  bilavasitə bizim fəaliyyət göstərdiyimiz sahə barədə danışarkən dedi ki,  əgər statistikaya baxsaq,  görərik ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idi, 2013-cü ildə bu, 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatıb. Hazırda 55 min hektarda fındıq bağları salınıb. Bu da onun nəticəsidir ki, dövlət bu sahənin də inkişafını öz üzərinə götürüb. Lazım olan bütün texniki tədbirlər dövlət hesabına aparılıb, xaricdən tinglər gətirilib, Azərbaycanda da yetişdirilib və qısa müddət ərzində çox böyük işlər görülüb. Əkin sahələri 18 min hektardan 55 min hektaradək artıb. Prezident həmin faktları yada saldıqca, mən qeyd edilən proseslərin iştirakçısı kimi fəxr edirdim.

Eyni zamanda, dövlət başçımız bizim nail olduğumuz göstəricilərlə kifayətlənmədiyini də dedi. O, fındıqçılıqla  məşğul olan kənd əməkçilərinin qarşısında daha böyük vəzifələrin dayandığını  söylədi: “Əlbəttə, bu da son hədəf deyil... Qarşıya məqsəd qoyulub ki, biz fındıq bağlarının sahəsini 80 min hektara çatdıraq. Bu, aparılmış təhlil əsasında formalaşmış real rəqəmdir. Əgər biz 1-2 il ərzində 32 min hektardan 55 min hektara qalxa bilmişiksə, ona görə, 80 min hektarda bağların salınması tam real rəqəmdir. Biz növbəti bir neçə il ərzində buna çatmalıyıq”.

Möhtərəm Prezidentimiz qeyd etdi ki, keçən il fındıq satışından ölkəyə 105 milyon dollar valyuta gəlib.  Təbii ki, dünyada baş verən  indiki iqtisadi proseslər zamanı bu, kiçik göstərici deyil.  Bundan başqa, hazırda  fındıqçılıqla 9 min nəfər məşğuldur, yeni bağlar salınandan sonra təqribən 20 min nəfərə çatacaqdır. Dövlət başçısının tövsiyəsi ilə ölkədə  Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradıldı ki, bu  da biz fermerlərin fəaliyyətini kifayət qədər asanlaşdırıb.

Bütün bunlar sübut edir ki, Azərbaycan dövləti ölkədə işsizliyin və yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində atdığı addımları getdikcə daha da qətiləşdirir. Dövlət başçımız həmin addımların  səmərəsinin və uğurlu nəticələrinin yaxınlaşdırılması  məqsədilə tez-tez bölgələrə səfər edir, həyata keçirilən layihələrin icra vəziyyəti ilə şəxsən maraqlanır və tövsiyələrini verir.

Mən əminəm ki, Azərbaycan Prezidentinin Balakən, Zaqatala və Qax rayonlarına səfəri, eləcə də Qaxda keçirilən  respublika əhəmiyyətli müşavirə bölgə əhalisinin sosial rifahının yaxşılaşdırılmasına xüsusi stimul olacaq. Bundan başqa, cənab Prezidentin istənilən bölgəyə səfərindən sonra həmin şəhər və ya rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, hansısa konkret layihənin icrası məqsədilə müxtəlif sərəncamlar imzalanır.  Biz dövlət başçımızın  bölgəmizə  səfərindən sonra da həmin ənənənin davam etdiriləcəyinə əminik.

Ramazan QARACAYEV,
“Qaraca Fındıq” MMC-nin direktoru 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında