Tütünçülük gəlirli, əməktutumlu sahədir

Mənim 90-a yaxın yaşım var. Bütün ömrümü kənd təsərrüfatına həsr etmişəm və müxtəlif sahələrdə çalışmışam.  O vaxtlar rayonumuzun əsas iqtisadiyyatını tütünçülük təşkil edirdi. İnsanlar kənd təsərrüfatının bu sahəsi ilə məşğul olaraq, özlərinə rahat həyət- baca, ev-eşik qurur, müxtəlif orden və medallarla təltif olunurdular. Rayonumuzda böyük tütün fermentləmə zavodu da fəaliyyət göstərirdi. Ətraf kəndlərin sakinləri zavodda işləyib yüksək əməkhaqqı alırdılar.  Tütünçülüklə məşğul olan insanların həyat səviyyəsi daha yüksək idi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illər ölkəmizdə yaranmış çaşqınlıq, özbaşınalıq, dövlət idarəçiliyindəki səriştəsizlik digər sahələrdə olduğu kimi, kənd təsərrüfatına da ciddi zərbə vurdu. Zəruri kənd təsərrüfatı məhsullarının yetişdirilməsi tədricən unudulur, əkin sahələri yararsız hala düşür, zavodlar fəaliyyətini dayandırır və bununla da işsizlik problemi yaranırdı. Tütünçülüklə məşğul olanların sayı getdikcə azalırdı.

Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışından  sonra kənd təsərrüfatında dirçəliş yarandı. Torpaqların əvəzsiz olaraq  kəndlilərə  verilməsi əhalinin yenidən təsərrüfat işlərinə marağını artırdı. Tütünçülüklə məşğul olanlar bu qiymətli kənd təsərrüfatı məhsulunun yetişdirilməsi ilə məşğul oldular. Ancaq əvvəlki illərdə olduğu kimi, bu, kütləvi şəkil almadı. Çünki artıq zavodlar əvvəlki gücü ilə işləyə bilmirdi. İstehsal olunan məhsulu satmaq üçün bazar çətin tapılırdı.

Mən avqustun 4-də Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin materiallarını televiziya vasitəsilə izlədim. Bu müşavirə mənim üçün çox maraqlı idi. Axı, bir vaxtlar Qəbələ rayonunun  da iqtisadiyyatı, əsasən, barama, tütün və fındıqdan asılı idi. Mən bunu təcrübəmdə görmüşdüm. Dövlət başçısının bu sahələri yenidən diqqət mərkəzində saxlaması və kənd təsərrüfatının strateji sahəsini təşkil edən məhsulların istehsalının atrırılması üçün müvafiq tapşırıqlar verməsi, xarici ölkələrdən avadanlıq, tinglər gətirilməsi, fındıq bağlarının genişləndirilməsi üçün sahələrin ayrılması  ürəyimcə oldu. Bundan sonra iş yerlərinin sayı sürətlə artacaq, əhalinin güzəranı daha da yaxşılacaq. Ümid edirəm ki, tütün zavodları daha müasir avadanlıqla təmin ediləcək və əvvəlkindən çox məhsul istehsal olunacaq.

Müşavirədə çıxış edən ayrı-ayrı rayonların, həmçinin müxtəlif şirkətlərin rəhbərlərinin dediklərindən də məlum oldu ki, tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafında əsaslı dönüş yaranıb. Həm əkin sahələri, həm də məhsul istehsalı xeyli artırılıb. Bu il isə ötən illərlə müqayisədə daha çox məhsul istehsal olunacaq. Mən buna əminəm. Çünki bu sahə ilə məşğul olan fermerlərə hər çür şərait yaradılıb, onlara öz işlərini günün tələbləri səviyyəsində  qurmaq üçün kreditlər də verilir.

Dövlətimizin başçısı da əminliklə bildirdi  ki, bu müşavirənin nəticələri çox müsbət olacaq. Mən də dünya görmüş ağsaqqal, bir vaxtlar bu sahələrlə məşğul olan bir mütəxəssis kimi əminəm ki, bundan sonra iş yerlərinin sayı sürətlə artacaq və əhalinin həyat səviyyəsi daha da yaxşılaşacaq.

Nəcəf MUSTAFAYEV,
Qəbələ rayonu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında