Azərbaycanın qızıl ehtiyatı 1,9 tona yaxındır

Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycanın mənfəət payı olan – 11 655,2 Troya unsiyası (362,6 kq) miqdarında növbəti partiya qızıl külçələri 27 iyul 2017-ci il tarixində Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib və Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycanın mənfəət payı olan – 49 158,6 Troya unsiyası (1 529,1 kq) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.

Ümumilikdə, bugünkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycana məxsus qızılın miqdarı 60 813,8 Troya unsiyasına
(1 891,7 kq) çatdırılıb. Onun bu günə bazar dəyəri 75,8 milyon dollar təşkil edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında