Hesablama Palatası: ARDNF-in vəsaitləri 57,5 milyard manata çatır

2017-ci ilin 6 ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaiti ilin əvvəlinə nisbətən 1 milyard 643,9 milyon dollar (büdcədənkənar gəlirlər 1 milyard 288,8 milyon dollar daxil olmaqla) və ya 4,96 faizə qədər artaraq 34 milyard 790,9 milyon dollar təşkil edib.

“APA-Economics” xəbər verir ki, bu barədə Hesablama Palatası tərəfindən hazırlanan ARDNF-nin gəlir və xərclərinin icra vəziyyəti haqqında təhlilində deyilir.

Təhlilə əsasən, 2017-ci ilin 6 ayı ərzində Fondun gəlirlərinin ümumi həcmi 6 milyard 127,2 milyon manat və yaxud 3 milyard 504,7 milyon dollar təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (8 milyard 370,6 milyon manat) 73,2 faiz  səviyyəsində yerinə yetirilib. Fondun xərcləri isə 5 milyard 533,8 milyon manat və ya 3 milyard 149,6 milyon dollar təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (14 milyard 483,9 milyon manat) 38,2 faiz  səviyyəsində icra edilib.

Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə büdcədənkənar gəlirlər 1 milyard 288,8 milyon dollar təşkil edib, həmin dövr ərzində isə ABŞ dolları ifadəsilə Fondun büdcədənkənar xərcləri olmayıb.

2017-ci ilin ilk yarımilliyində Fondun investisiya portfelinin gəlirliyi 1,12 faiz  təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 0,62 faiz bəndi çoxdur. Gəlirliyin artımını xərclərin nəzərdə tutulmuş məbləğə qarşı az icra edilməsi və səhm yatırımları üzrə gəlirliyin keçən ilin müvafiq rəqəmləri ilə müqayisədə daha yüksək olması ilə əlaqələndirmək olar.

Fondun ümumi gəlirlərinin 6 aylıq dövr ərzində 73,2 faiz  icra edilməsinin əsas səbəbi kimi xam neftin ixrac qiymətinin dövlət büdcəsində 40 dollar həcmində proqnozlaşdırılmasına baxmayaraq 6 aylıq dövr ərzində mənfəət neftinin orta çəkili satış qiymətinin 53 dollar təşkil etməsi olub.

Ümumilikdə isə manat ifadəsilə Fondun vəsaitləri 01.07.2017-ci il tarixə 57 milyard 474,2 milyon manat təşkil edib.

Fondun xərclərinin 6 aylıq dövr ərzində 38,2 faiz  icra edilməsini isə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına transfertin nəzərdə tutulmuş məbləğə qarşı (7,5 milyard manat) 32,7 faiz  az icra edilməsi ilə (2 milyard 448,3 milyon manat) əlaqələndirmək olar.

Fond tərəfindən 2017-ci il üçün dövlət büdcəsinə 6,1 milyard manat məbləğində nəzərdə tutulmuş transfert cari ilin altı ayı ərzində 2,991 milyard manat və ya 49,1 faiz  səviyyəsində icra edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında