SOCAR-ın Xarici Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilmişdir

İyulun 26-da SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilmişdir.

SOCAR-dan verilən məlumatda  bildirilir ki, iclasda  Xarici Təqaüd Proqramı çərçivəsində Böyük Britaniyanın Heriot-Watt Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə magistr təhsilini başa vurmuş Rəcəb Nəbiyevin hesabat xarakterli təqdimatı dinlənilmişdir. Məzun xaricdə təhsil aldığı ixtisas və ali təhsil müəssisəsi, eləcə də Azərbaycanın təbliği istiqamətində ictimai fəaliyyəti barədə Komissiya üzvlərinə ətraflı məlumat vermişdir. Hesabat dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzuna ixtisasına uyğun müvafiq iş yeri təklif edilmişdir. İclasda, həmçinin proqrama müraciət edən 14 nəfər – 11 magistr və 3 bakalavr namizədin Təqaüd Proqramına qəbul olunması məsələsinə də baxılmışdır.

Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 23 nəfər təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 256 nəfər təhsilini başa vuraraq geri qayıtmış, SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunmuşlar.

Samirə Əliyeva,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında