Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 800 452 nəfərə çatmışdır

Ölkəmizdə ildən-ilə fərdi uçot sistemində qeydiyyata düşən sığortaolunanların sayı artır. 2011-ci il yanvarın 1-nə olan statistikaya əsasən, ötən 2010-cu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,79 faiz artmışdır. Bu barədə Fondun İctimaiyyətlə əlaqələr sektorundan redaksiyaya daxil olan məlumatda deyilir.
Məlumatda həmçinin bidirilir ki, "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində 2010-cu il ərzində DSMF tərəfindən əlavə olaraq 160 523 sığortaolunana fərdi şəxsi hesab açılmışdır. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 800 452 nəfərə yüksəlmişdir. Statistika onu göstərir ki, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 55,4 faizi kişi, 44,6 faizi isə qadındır.
Məlumatda bildirilir ki, fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığındakı sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 25, 7 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olanların 21,6 faizini 30 yaşa kimi sığortaolunanlar, 22,5 faizini isə 30-40 yaş aralığında olan sığortaolunanlar təşkil edir. Qeydiyyatda olanlardan yaşları 50 ilə 60 aralığında olan sığortaolunanlar 21 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,2 faizdir.
Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvarın 1-i tarixindən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

{nl}


Z. BƏŞİRQIZI, " Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında