Dövlət Proqramı pambıqçılığın inkişafını daha da sürətləndirəcək

Son illər qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən tədbirlər xarici bazarlarda daha çox satılan və ölkəyə valyuta gətirən məhsulların istehsalının artırılmsında böyük rol oynayıb. Daha çox işçi qüvvəsi tələb edən və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb edən pambıqçılıq, tütünçülük, baramaçılıq və kənd təsərrüfatının digər sahələrinin diqqət mərkəzində saxlanılması iqtisadiyyatımızın daha da möhkəmləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına öz təsirini göstərmişdir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında  13 iyul 2017-ci il tarixli sərəncamı ölkəyə daha çox  valyuta gətirən  “ağ qızıl”ın istehsalının artırılmasına zəmin yaradacaq. Son illər pambıq əkilən sahələrin artırılması bu sahənin diqqət mərkəzində saxlanılmasının nəticəsidir. Faktlar da bunu təsdiqləyir. Ötən il pambıqçılıq sahəsində qazanılan uğurlar bir daha təsdiqlədi ki, ölkəmizdə “ağ qızıl”ın istehsalı istiqamətində həyata keçirilən əsaslı tədbirlər bəhrəsini verir. 2016-cı ildə sahələrdən 89,4 min ton məhsul toplanılmışdır ki, bu da əvvəlki illə müqayisədə 2,5 dəfə çoxdur.

Dövlət Proqramında nəzərdə tutulmuşdur ki, 2022-ci ildə xam pambıq istehsalı 500 min tona çatdırılacaq. Bu, pambıqçılığın əvvəlki şöhrətinin qaytarılması deməkdir. Həm də ölkəyə əlavə valyuta daxilolmaları ilə yanaşı, yeni iş yerlərinin yaradılmasında da böyük rol oynayacaq. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında da pambıqçılıq həmişə mühüm əhəmiyyət kəsb edib. Bir vaxtlar insanlar  pambıqçılıq sahələrindən bol məhsul toplayaraq, özlərinə hər cür şəraiti olan həyət-baca qurmuş, orden və medallara, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının bu əhəmiyyətli sahəsi də tədricən unudulmuş, əkin sahələri kəskin azalmış, pambıq istehsalı müəssisələri öz işlərini demək olar ki, tamamilə dayandırmışdı.

Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar digər sahələrdə olduğu kimi, “ağ qızıl” istehsalında da özünü büruzə verib. Bu il 136 min hektar sahədə pambıq əkilməsi bir daha təsdiqləyir ki, ölkəmizdə pambıqçılığın inkişafı prioritet sahəyə çevrilib. Göründüyü kimi, əkin sahələri ildən-ilə genişləndirilir, məhsuldarlığın artırılması istiqamətində əhəmiyyətli tədbirlər görülür. Dövlətimizin başçısının sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı “ağ qızıl” istehsalının artırılmasını prioritet vəzifə kimi qarşıya qoyub.

Rəhbərlik etdiyim kəndli – fermer təsərrüfatı bu il 36 hektar sahədə pambıq əkib. Fermer təsərrüfatının üzvləri mənə müraciət edərək, pay torpaqlarında da pambıq əkmək istədiklərini bildiriblər. Ümumilikdə,  140 hektar sahədə pambıq əkib- yetişdirmişik. Bu il hər hektardan 32 sentner məhsul gözləyirik. Möhtərəm Prezidentimizin pambıqçılığın inkişafına göstərdiyi yüksək qayğı və bu günlərdə təsdiqlədiyi Dövlət Proqramı bizi daha da ruhlandırıb.

Sabir BƏDƏLOV,
Saatlı rayonundakı
“El gücü” kəndli – fermer təsərrüfatının rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında