Azərbaycan 166 ölkə ilə xarici ticarət əlaqəsi saxlayıb

2017-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 96 ölkəyə məhsul ixrac olunmuş, 159 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8 milyard 882,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 milyard 065,2 milyon dollar, idxalın dəyəri 2 milyard 816,9 milyon dollar təşkil etmiş, nəticədə 3 milyard 248,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,5 faiz artmışdır.

Ticarət dövriyyəsinin 38,9 faizi Avropa İttifaqı ölkələri, 13 faizi MDB üzvü dövlətləri, 48,1 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.

İxracın dəyərinin 21,2 faizi İtaliyaya, 13,3 faizi Türkiyəyə, 4,7 faizi Portuqaliyaya, hər biri 4,6 faiz olmaqla Gürcüstan və Kanadaya, 4,5 faizi Rusiyaya, 4,4 faizi  Almaniyaya, 4,2 faizi Çinə, 4 faizi İsrailə, 3,9 faizi  Hindistana, hər biri  3,8 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 23 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.

İdxal olunmuş məhsulların dəyərinin 19,3 faizi Rusiyanın, 16,8 faizi Türkiyənin, 9,7 faizi Çinin, 5,1 faizi  Almaniyanın, 4,8 faizi Ukraynanın, 4,2 faizi ABŞ-ın, 4 faizi İtaliyanın, 3,4 faizi Birləşmiş Krallığın, 3,1 faizi İranın, 2,1 faizi Qazaxıstanın, 2 faizi Fransanın, 25,5 faizi isə digər ölkələrin payına düşmüşdür.

2017-ci ilin yanvar-may aylarında 556,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da ­2016-cı ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə isə 19,8 faiz çoxdur.

2017-ci ilin yanvar-may aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 68,6 faiz, təzə meyvə – 67,5 faiz, kartof – 25,9 faiz, tütün – 48,6 faiz, bitki yağları – 21,1 faiz, çay – 52,2 faiz, meyvə və tərəvəz şirələri – 90,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 15,2 faiz, meyvə və tərəvəz konservləri – 5,7 faiz, pambıq lifi – 6,2 dəfə, bentonit gili – 3,8 dəfə artmış, şəkər ixracı isə 7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,6 faiz, polietilen – 0,6 faiz azalmışdır.

2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 2017-ci ilin yanvar-may aylarında xam şəkər və şəkər idxalı 1,6 faiz, təzə meyvə – 14,1 faiz, çay – 5,1 faiz, quş əti və onun əlavə məhsulları – 2,4 dəfə, mal əti – 2,6 dəfə, minik avtomobilləri – 15,5 faiz, polad prokatı – 5,6 faiz, hesablama maşınları, blok və qurğuları – 2,1 dəfə, mebel – 17,3 faiz artmış, buğda idxalı isə 38,4 faiz, bitki yağları – 26,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,7 faiz, kartof – 6,4 faiz, təzə tərəvəz – 43,3 faiz, qara metallardan borular – 67,5 faiz, polietilen – 31,1 faiz, sement və sement klinkerləri – 91,5 faiz, məişət soyuducuları – 44,5 faiz azalmışdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında