Daha böyük uğurlar gözlənilir

{nl}

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına və yeni ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasını srağagün axşam televiziya vasitəsilə diqqətlə izlədim. Ölkə rəhbərinin həm giriş, həm də yekun nitqində, digər çıxışçılar tərəfindən səsləndirilən faktlar məndə qürur hissi doğurdu. Fərəhləndim ki, mənim doğma Azərbaycanım müstəqillik qazandığı qısa bir vaxtda - cəmi 19 il ərzində belə yüksək iqtisadi və sosial göstəricilər əldə edib. Hörmətli Prezidentimiz İlham Əliyev dedi ki, 2010-cu il arxada qalıb. Həmin il ölkəmiz üçün uğurlu olmuşdur.
2010-cu ildə dünyada iqtisadi və maliyyə böhranı davam etmişdir. Lakin buna baxmayaraq Azərbaycan 2010-cu ildə böyük uğurlara nail olmuşdur. Bizim iqtisadiyyatımız artmışdır, ölkədə bütün sosial proqramlar öz həllini tapmışdır, bütün infrastruktur layihələri icra edilmişdir. Bir sözlə, 2010-cu ildə ölkə qarşısında duran bütün vəzifələr şərəflə yerinə yetirildi. İqtisadiyyatımız təxminən 5 faiz, əhalinin pul gəlirləri 12 faiz artmışdır, inflyasiya cəmi 5,7 faiz təşkil etmişdir. Ölkəmizə 15 milyard dollar sərmayə qoyulmuşdur, valyuta ehtiyatlarımız 20 milyard dollardan 29 milyard dollara qalxmışdır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur, Azərbaycanın seçdiyi yol tərəqqi və inkişaf yoludur.
Ötən il sosial sahədə də böyük işlər görülmüşdür. 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilmiş və təmir edilmişdir, 5 Olimpiya-İdman Mərkəzi istifadəyə verilmişdir. Minimum əməkhaqqı və pensiyanın baza hissəsi qaldırılmışdır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu, onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və iqtisadiyyatımız tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Ancaq bununla bərabər, güclü sosial siyasət dövlətin qarşısında duran əsas vəzifədir.
2010-cu ildə ölkəmizdə siyasi proseslər müsbət istiqamətdə inkişaf etmişdir. Azərbaycanda demokratiyanın inkişafı yolunda böyük və uğurlu addımlar atılmışdır. Keçən il Azərbaycanda parlament seçkiləri şəffaf, ədalətli şəkildə keçirilmişdir. Azərbaycan xalqının iradəsi parlament seçkilərinin nəticələrində tam şəkildə öz əksini tapmışdır. Bu, onu göstərir ki, Azərbaycan nəinki iqtisadi sahədə çox böyük uğurlara nail olmuşdur, eyni zamanda, siyasi islahatların aparılması işində də uğurlu nəticələr qazanır. Bu, ölkəmizə imkan verir ki, hərtərəfli inkişaf etsin, Azərbaycan sözün əsl mənasında, müasir dövlətə çevrilsin və bu istiqamətdə atılmış addımlar adamlarımızı daha da ruhlandırır.
Xarici siyasət sahəsində 2010-cu ildə böyük uğurlara nail olunub. Azərbaycanla dostluq, əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Ölkəmiz həm ikitərəfli müstəvidə, həm regional, həm də çoxtərəfli formatda uğurlu xarici siyasət aparır. Beynəlxalq təşkilatlarla Azərbaycanın əlaqələri artıq oturuşmuş əlaqələrdir, qarşılıqlı hörmət, qarşılıqlı inam, qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlərdir.
2010-cu ildə Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox əhəmiyyətli və ədalətli qətnamə qəbul etmişdir. Beləliklə, münaqişənin həlli ilə bağlı gedən işlərdə Azərbaycanın siyasi və diplomatik mövqeləri daha da möhkəmlənmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmiz üçün ən başlıca vəzifədir, ən böyük problemdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, biz çalışırıq ki, məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edək. Azərbaycan öz tərəfindən bütün səyləri göstərir ki, bu məsələ tezliklə həll olunsun. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa olunsun. Bizim ərazi bütövlüyümüzün bərpası mütləq baş verməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq, heç vaxt əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəkdir. Hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı, digər bölgələr azərbaycanlıların tarixi torpaqlarıdır. İkinci erməni dövlətinin Azərbaycan torpağında yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt icazə verməyəcəkdir. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağda yaşayan əhali və ora qayıdacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşayacaqlar və bu, məsələnin həlli üçün yeganə variantdır.
Bütün bunları dinlədikdən sonra qəti şəkildə deyə bilərəm ki, Azərbaycan rəhbərinin yürütdüyü daxili və xarici siyasət ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin davamıdır. Mən bu yolda möhtərəm Prezidentimiz İlham Əliyevə və Azərbaycan dövlətinə yeni-yeni uğurlar arzulayıram.

{nl}

Telman ƏLİYEV, Ukrayna İnşaat Akademiyasının həqiqi üzvü, Azərbaycan İnşaat Mühəndisləri Universitetinin professoru, respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında