Ötən il mənfəət neft-qaz satışından ARDNF-ə 5,2 milyard dollar vəsait daxil olub

2016-cı ildə mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər maddəsi üzrə ARDNF-nin büdcəsinə 8 milyard 320 milyon manat və ya 5 milyard 189,1 milyon ABŞ dolları məbləğində vəsait daxil olub.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanda dənizdə və quruda yerləşən yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında Sazişlərə (HPBS) uyğun olaraq 2016-cı ildə mənfəət neftinin və qazın satışı üzrə daxilolmaların 98,3 faizi “Azəri-Çıraq – Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil edilmiş mənfəət neftinin və qazın satışından daxil olub. Belə ki, AÇG yatağı üzrə hesabat ili ərzində 5 milyard 100,23 milyon ABŞ dolları, “Şahdəniz” yatağından hasil edilmiş mənfəət qazının satışından təqribən 63,98 milyon ABŞ dolları (bu məbləğə SOCAR tərəfindən “Şahdəniz” Faza 1 layihəsi çərçivəsində SOCAR (Azərbaycan dövləti) və alıcılar arasında qazın alqı-satqısı üzrə bağlanmış sazişlər üzrə müvafiq illik qaz həcmlərindən artıq olan hissəsinə görə ödənilən vəsait (135 milyon ABŞ dolları) daxil edilməyib) və digər yataqlar üzrə isə 24,9 milyon ABŞ dolları həcmində vəsait daxil olub.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında