SOCAR may ayında dövlət büdcəsinə 139 milyon manatdan çox vəsait köçürmüşdür

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin may ayında dövlət büdcəsinə
139 milyon 586 min manat vəsait ödənilmişdir.

Dövlət Neft Şirkətindən verilən məlumatda deyilir ki, bu göstərici 2016-cı ilin may ayı ilə müqayisədə 21 milyon 780 min manat və ya 18,5 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-may aylarında büdcəyə 669 milyon 888 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 107 milyon 107 min manat və ya 19 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin may ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 945 min manat vəsait köçürülmüşdür. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 694 min manat və ya 5,7 faiz çoxdur. Cari ilin yanvar-may aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 62 milyon 460 min manat təşkil etmişdir ki, bu da 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 5 milyon 101 min manat və ya 8,9 faiz çoxdur.

Samirə Əliyeva,
 “Xalq qəzeti”
      

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında