Anbarlara təbii qazın vurulması davam edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, SOCAR tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılması istiqamətində tədbirlər davam etdirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır.

SOCAR-dan verilən məlumatda bildirilir ki, bununla paralel olaraq, cari ilin aprel ayından ''Azneft'' İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 2017-2018-ci il üzrə payız-qış mövsümü üçün təbii qazın vurulmasına başlanılmışdır. Mövcud qrafikə uyğun olaraq, artıq iyunun 1-dək yeraltı qaz anbarlarına 547 milyon kubmetr həcmində “mavi yanacaq” vurulub. Bu həcmin 255,5 milyon kubmetri “Qaradağ”, 291,5 milyon kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb.

Hazırda ötən mövsümdən qalıq qazla birlikdə yeraltı anbarlarda aktiv qazın miqdarı 1 milyard 334 milyon 994 min kubmetrdir.                              

Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında