Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətində 2010-cu ili yekunlarına dair iclas

{nl}

Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətində 2010-cu ilin yekunlarına dair iclas keçirilmişdir.
Xidmətin direktoru Adışirin Qasımov 2010-cu ilin Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə əlamətdar olduğunu qeyd etdi. Azərbaycan dövlətinin şəffaflığın artırılması, korrupsiyanın qarşısının alınması, milli təhlükəsizliyin gücləndirilməsi istiqamətində uğurla həyata keçirilən siyasəti, ölkədə PL/TMM sisteminin formalaşdırılması və inkişafı üçün əlverişli zəmin yaratmışdır.
Normativ hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, Maliyyə Monitorinqi Xidmətinin institusional və funksional potensialının formalaşdırılması, monitorinq subyektlərinə metodoloji dəstəyin göstərilməsi, ölkədaxili və beynəlxalq əməkdaşlığın yaradılması istiqamətində qarşıya qoyulmuş hədəflər tam şəkildə reallaşdırılmışdır.
PL/TMM sisteminin inkişafı istiqamətində qısa müddət ərzində həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər sayəsində ölkəmizin bu sahədə beynəlxalq imici əsaslı şəkildə yüksəlmişdir. Təsadüfi deyildir ki, 2010-cu ilin oktyabr ayında Azərbaycanın FATF-ın monitorinq rejimindən çıxarılması barədə qərar qəbul edilmişdir. Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən ölkəmizin PL/TMM sahəsində qanunvericilik sisteminin inkişaf modelinin digər dövlətlər tərəfindən nümunə kimi qəbul olunması tövsiyə edilmişdir. ABŞ Dövlət Departamentinin terrorçuluğa dair ölkələr üzrə hesabatında Azərbaycanda terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı uğurla mübarizə aparıldığı qeyd edilmişdir.
2010-cu ildə PL/TMM sahəsində həm ölkədaxili, həm də beynəlxalq əməkdaşlığın yaradılması və inkişafı istiqamətində mühüm nəticələr əldə edilmişdir. Maliyyə Monitorinqi Xidməti ilə 22 xarici ölkənin maliyyə monitorinqi orqanları arasında Anlaşma Memorandumlarının imzalanması üçün razılıq əldə edilmişdir.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında