Azərbaycan cari ildə 149 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

2017-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 84 ölkəyə məhsul ixrac olunmuş, 143 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 5 milyard 90,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 3 milyard 578,1 milyon dollar, idxalın dəyəri 1 milyard 512,8 milyon dollar təşkil etmiş, nəticədə 2 milyard 65,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10,6 faiz artmış, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 9,2 faiz, idxal 27,3 faiz azalmışdır.

Ticarət dövriyyəsinin 39,1 faizi Avropa İttifaqı ölkələri, 11,8 faizi MDB üzvü olan dövlətlərin, 49,1 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.

İxracın dəyərinin 20,7 faizi İtaliyaya, 11,8 faizi Türkiyəyə, 6,9 faizi Portuqaliyaya, 6,5 faizi Tayvana (Çinin əyaləti), 5,7 faizi İsrailə, 4,8 faizi Çinə, hər biri 4,5 faiz olmaqla Almaniya və Hindistana, 4,1 faizi Gürcüstana, 3,8 faizi Fransaya, 3,6 faizi Kanadaya, qalan 23,1 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.

İdxal olunmuş məhsulların dəyərinin 19,7 faizi Rusiyanın, 16,1 faizi Türkiyənin, 9,8 faizi Çinin, hər biri 4,9 faiz olmaqla Almaniya və ABŞ-ın, 4,4 faizi Ukraynanın, 4,1 faizi İtaliyanın, 3,7 faizi Birləşmiş Krallığın, 3,2 faizi İranın, 2,1 faizi Braziliyanın, 1,9 faizi Hindistanın, 25,2 faizi isə digər ölkələrin payına düşmüşdür.

2017-ci ilin yanvar-mart aylarında 264,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 9,1 faiz, real ifadədə isə 7 faiz çoxdur.

2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 58,4 faiz, təzə tərəvəz – 95 faiz, tütün – 35,4 faiz, çay – 44,4 faiz, meyvə və tərəvəz şirələri – 47,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 16,3 faiz, meyvə və tərəvəz konservləri – 27,6 faiz, kartof – 33,5 faiz, polietilen – 0,4 faiz, pambıq lifi – 6,6 dəfə, bentonit gili – 3,4 dəfə artmış, şəkər ixracı isə 3,5 faiz, bitki yağları – 14,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 43,8 faiz, emal olunmamış alüminium – 29,0 faiz azalmışdır.

2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 2017-ci ilin yanvar-mart aylarında xam şəkər və şəkər idxalı 94,7 faiz, təzə meyvə – 13 faiz, kərə yağı, digər süd yağları və pastaları – 24,2 faiz, quş əti və onun əlavə məhsulları – 2,5 dəfə, mal əti – 54 faiz, polad prokatı – 24,9 faiz, mebel – 87,1 faiz, rezin şinlər – 78,8 faiz, hesablama maşınları, blok və qurğuları – 2 dəfə, mineral gübrələr – 4,2 dəfə, qara metallardan künclüklər ¬– 23,7 faiz, paltaryuyan maşınlar – 90,3 faiz, yük avtomobilləri – 2 dəfə, məişət kondisionerləri – 4,5 dəfə, avtobuslar – 31,6 faiz artmış, buğda idxalı isə 2,7 faiz, bitki yağları – 35,1 faiz, kartof – 20,7 faiz, çay – 3,5 faiz, təzə tərəvəz – 24 faiz, minik avtomobilləri – 4 faiz, qara metallardan borular – 73,6 faiz, qara metallardan çubuqlar – 20,3 faiz, polietilen – 36 faiz, sement və sement klinkerləri – 91,8 faiz, məişət soyuducuları – 68,1 faiz azalmışdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında